0

Blog

Dövlət Təhlükəsizliyi Xidməti Velosiped Klubunun konfransı keçirilib

Dövlət Təhlükəsizliyi Xidməti Velosiped Klubunun konfransı keçirilib

Newsport.az-ın məlumatına görə, tədbirdə Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbər əməkdaşları və digər qonaqlar iştirak ediblər.


Read more
Həvəskarlar yarışı

Həvəskarlar yarışı

Veloliderin sponsorluğu ilə 17 Oktyabr 2021 tarixində Bakıda həvəskarlar arasında velosiped yarışı keçirildi. 60 gənc peşəkar treklərdə öz məharətini göstərdi.
Read more
DTX-nın Velosiped İdman Klubunun rəhbəri: Bu veloyürüş həmrəyliyimizi nümayiş etdirir

DTX-nın Velosiped İdman Klubunun rəhbəri: Bu veloyürüş həmrəyliyimizi nümayiş etdirir

Bu gün bayram əhval-ruhiyyəsindəyik. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Azneft” meydanından start götürən və Heydər Əliyev Mərkəzinədək davam edən “Gücümüz həmrəyliyimizdir” devizi altında keçirilən veloyürüş uğurla yekunlaşdı. Bu yürüşü keçirməklə biz hər zaman həmrəy olduğumuzu nümayiş etdirmək istəyirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Velosiped İdman Klubunun rəhbəri Vüqar Salahov söyləyib.

Hər kəsi velosiped idmanı ilə məşğul olmağa çağıran velosiped idmanı üzrə respublika çempionu olmuş, idman ustası Vüqar Salahov deyib: “Yürüşdə DTX-nın Velosiped İdman Klubunun üzvləri, peşəkar və həvəskar velosipedçilər və Azərbaycan Əlil Velosipedçilər Klubunun təmsilçiləri iştirak edirlər. Biz mütəmadi olaraq belə tədbirlərdə iştirak edirik. Ümidvarıq ki, belə tədbirlərin keçirilməsi ənənəvi hal alacaq. Çünki idman sağlamlıq deməkdir. İstəyirik ki, hər kəs daha da sağlam həyat sürsün. Düşünürəm ki, bu yürüşə nə qədər çox velosipedçi qoşulsa, gələcəkdə bu idman növü ölkəmizdə daha da inkişaf edər”.

Read more
Showing 1 to 3 of 3 (1 Pages)