0
DTX Velosiped Klubu təltif edilib

DTX Velosiped Klubu təltif edilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsində 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Baş İdarənin rəisi Raqif Abbasov iştirakçıları əlamətdar gün münasibətilə təbrik edərək il ərzində rəhbəri olduğu qurumla birgə fəaliyyət göstərən, o cümlədən idman növlərinin təbliği və inkişafında xidmətləri olan, yüksək nəticələr əldə edən, xüsusi fərqlənən idman təşkilatlarının rəhbərlərinə və idmançılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Daha sonra idman qurumları və onların nümayəndələri Baş İdarə tərəfindən fəxri fərmanlarla təltif edilib. Mükafanlandırılanlar arasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının nəzdində fəaliyyət göstərən Velosiped İdman Klubu da var. Fəxri diplom komandanın rəhbəri, Azərbaycan yığma komandasını keçmiş üzvü Vüqar Salahova təqdim edilib.