Dövlət Təhlükəsizliyi Xidməti Velosiped Klubunun konfransı keçirilib
04/04/2021 | VeloLider
Qeyd olunub ki, Velosiped İdman Klubu DTX əməkdaşlarının təşəbbüsü və bu idman növünə olan maraq nəzərə alınaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin əmri ilə təsis edilib. 2017-ci il dekabrın 24-də isə VİK-in əsasnaməsi təsdiq edilib və Bakı şəhər Gənclər və İdman Baş İdarəsində idman təşkilatı kimi qeydiyyata alınıb.
Sonra səs hüquqlu nümayəndələrin əksəriyyətinin iştirak etdiyi konfransda gizli səsvermə yolu ilə VİK-in idarə heyətinin və təftiş komissiyasının üzvləri seçilib. İdarə heyətinin ilk iclasında səs çoxluğu ilə velosiped idmanı üzrə dəfələrlə respublika çempionu olmuş idman ustası Vüqar Salahov VİK-in idarə heyətinin sədri seçilib, həmçinin klubun emblemi, döş nişanı, üzvlük vəsiqəsi, eləcə də təltifləri haqqında əsasnamələr və təsvirləri açıq səsvermə yolu ilə təsdiq edilib.