0
Həvəskarlar yarışı

Həvəskarlar yarışı

Oktyabrın 17-də Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Velosiped İdman Klubu və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Respublika Velotrekində həvəskarlar arasında velosiped yarışı keçirilib.


Corner.az xəbər verir ki, Füzuli rayonunun düşməndən azad olunmasına həsr edilmiş yarışda 80-ə yaxın qadın və kişi velosipedçi bacarığını nümayiş etdirib.
Fərdi ötüşmə növündə yarışan iştirakçılar 2 dövrəlik sistem üzrə mübarizə aparıblar və ən yaxşı vaxt göstəricisi əsasında qaliblər müəyyənləşib. Qadınlar arasında 1-ci yerə Səhər Mehman layiq görülüb. İrina Xəlilova 2-ci, İnna Raxmanina isə 3-cü olub. Kişilərin mübarizəsində Zeynalabdin Məmmədov bütün rəqiblərindən yaxşı çıxış edib. Rinat Bağışov və Ziyad Vəliyev müvafiq olaraq 2-3-cü yerləri tutublar.
Qaliblər qiymətli hədiyyələr, medal, diplom və pul mükafatı ilə təltif ediliblər. Mükafatlandırma mərasimində Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev də iştirak edib.